"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 19 və 21 avqust tarixində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.