Modern.az

İrandan Trampa sərt cavab: “Yanlışlığını düzəldəcəyik”

İrandan Trampa sərt cavab: “Yanlışlığını düzəldəcəyik”

Dünya

18 Avqust 2026, 16:54

İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı paylaşımına sərt cavab verib.

Modern.az xəbər verir ki, Qəribabadi Trampın Hörmüz boğazını ABŞ-a məxsus ərazi kimi təqdim edən paylaşımına belə münasibət bildirib:

“Tramp Fars körfəzinin adını düzgün yazdığı kimi, tezliklə onun Hörmüz boğazı ilə bağlı yanlış təsəvvürü ya düzəldiləcək, ya da biz bu yanılan insanın yanlışlıqlarını düzəldəcəyik”.

Qeyd edək ki, Donald Tramp daha əvvəl “Truth Social” hesabında Hörmüz boğazının xəritəsini paylaşaraq üzərinə “ABŞ-ın yeni ərazisi” ifadəsini yazıb.

 

Sizə yeni x var
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?