Modern.az

Rusiyada yanacaq böhranı dərinləşir: Benzin qıtlığı artır

Rusiyada yanacaq böhranı dərinləşir: Benzin qıtlığı artır

Dünya

Bu gün, 16:37

Rusiyada yanacaq qıtlığı yenidən dərinləşib. Ölkə üzrə yanacaqdoldurma məntəqələrinin üçdə ikisindən çoxunda benzin və dizelin olmadığı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə “İzvestiya” yazır.

Məlumata görə, avqustun 16-na olan vəziyyətə əsasən, Rusiyadakı yanacaqdoldurma məntəqələrinin yalnız 28,1 faizində benzin və dizel yanacağı mövcud olub. Bir həftə əvvəl isə bu göstərici 41 faiz təşkil edib.

Yanacağın əlçatanlığının Volqoqrad, Çelyabinsk, Orenburq, Voronej, Samara, Penza, Saratov, Lipetsk və Rostov vilayətlərində, eləcə də Tatarıstanda azaldığı bildirilir.

“İzvestiya”nın avqustun 17-də Moskva və Moskva vilayətində apardığı yoxlama zamanı 21 yanacaqdoldurma məntəqəsindən yalnız 7-də Aİ-92, 6-da Aİ-95, 5-də isə Aİ-98 markalı benzin olduğu müəyyənləşdirilib.

“The Insider”ə danışan mənbə isə Moskvanın şimal-şərqindən vilayət istiqamətində avtomobillə hərəkət edərkən benzin olan heç bir yanacaqdoldurma məntəqəsinə rast gəlmədiyini bildirib.

Rusiyada yeni yanacaq qıtlığı dalğasının avqust ayında başladığı qeyd olunur. Bundan əvvəl, iyulun sonunda Rusiya hakimiyyəti yanacaq bazarındakı vəziyyətin sabitləşdiyini açıqlamışdı.

Lakin avqustun 10-dan 15-dək ən azı 6 regionda benzin satışına tətbiq olunan məhdudiyyətlər yenidən qüvvəyə minib və ya sərtləşdirilib.

Rusiyada yanacaq böhranının may ayının sonlarından etibarən davam etdiyi bildirilir. Böhranın əsas səbəblərindən biri Ukraynanın Rusiya neft emalı zavodlarına həyata keçirdiyi silsilə hücumların nəticələri ilə əlaqələndirilir.

Məlumata görə, yaz və yay aylarında Rusiyanın ən azı 16 neft emalı zavodunda emal prosesi tam və ya qismən dayandırılıb. Onların arasında Volqoqrad, Ryazan, Nijni Novqorod, Omsk, Moskva, Saratov və Sızran neft emalı zavodları da var.

Sizə yeni x var
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı