Modern.az

Sülhməramlıların 66 maşını aksiya ərazisindən keçdi

Sülhməramlıların 66 maşını aksiya ərazisindən keçdi

Aktual

5 Mart 2023, 19:57

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

 

Modern.az xəbər verir ki, Laçından Xankəndi istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus üç təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

 

Eyni zamanda, sülhməramlıların bir təminat avtomobili Laçına gedib. Beləliklə, gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 66-a çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok