Modern.az

Bakı və İrəvan arasında sülh olmasa... - ABŞ kəşfiyyatından PROQNOZ

Bakı və İrəvan arasında sülh olmasa... - ABŞ kəşfiyyatından PROQNOZ

9 Mart 2023, 11:17

ABŞ Kəşfiyyat Birliyi 2023-cü il Milli Təhlükəsizlik Təhdidləri ilə bağlı hesabatını dərc edib.

 

Modern.az xəbər verir ki, hesabatda Ermənistan-Azərbaycan münaqişəsindən də bəhs olunub.

 

Bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşması olmasa, münasibətlərin gərgin və bəzən qeyri-sabit qalacağı ehtimalı var.

 

Kəşfiyyat Birliyi hesab edir ki, hər iki ölkənin hərbi qüvvələrinin dövlətlərarası sərhədə yaxın məsafədə mövcudluğunu davam etdirməsi silahlı qarşıdurma riskini artırır. Kəşfiyyat qarşıdurma olacağı təqdirdə onun müddəti və intensivliyinin məhdud olacağını düşünür.

 

Hesabatda, həmçinin qeyd olunub ki, 2021-ci ilin may ayından etibarən həm sərhəddə, həm də Qarabağ bölgəsində toqquşmalar baş verir. Kəşfiyyat toqquşmaların ən şiddətlisinin 2022-ci ilin sentyabr ayında olduğunu qeyd edib.

 

Müəlliflər sülh danışıqlarında irəliləyişin olduğunu, ancaq bəzi çətin məsələlərin hələ də həll edilmədiyini vurğulayıblar.

 

Qeyd edək ki, ABŞ Kəşfiyyat Birliyi ölkənin 17 əsas kəşfiyyat xidmətinin fəaliyyətini əlaqələndirmək üçün məsləhətçi orqan kimi fəaliyyət göstərir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək