Modern.az

20 ixtira və 5 faydalı model patentləri haqqında məlumat

20 ixtira və 5 faydalı model patentləri haqqında məlumat

10 Mart 2023, 11:47

Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2-ci nömrələri işıq üzü görüb.

 

İxtira, faydalı model və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülleteninin 2-ci nömrəsində 4 ixtiraya və 5 faydalı modelə aid iddia sənədləri barədə məlumatlar verilib. Oxucular Dövlət reyestrinə daxil edilmiş 20 ixtira və 5 faydalı model patentləri haqqında məlumatlarla da tanış ola biləcəklər.

 

“Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə edilən 10 beynəlxalq sənaye nümunəsi barədə məlumatlar istehlakçıların marağına səbəb olacaqdır.

 

Bülletinin 2-ci nömrəsində patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 15, faydalı modelə dair 5 və sənaye nümunəsinə dair 3 bildiriş dərc edilib.

 

Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenin 2-ci nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 321 əmtəə nişanı barədə məlumatlar dərc edilib. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarının iddiaçılarının 183-ü hüquqi şəxs və 57-si fiziki şəxsdir. İddia sənədlərinin 81-i iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən verilib.

 

Bülletenin 2-ci nömrəsində əmtəə nişanlarının sahiblərinin adlarının və ünvanlarının dəyişdirilməsi barədə 34, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanlarına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 2, qüvvədə olan əmtəə nişanlarının etibarsız hesab edilməsi barədə 4, qüvvədə olan əmtəə nişanlarına xitam verilməsi barədə 9, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 101 bildiriş dərc olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü