Laçın yolu hərəkət üçün hər zaman açıq olub.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-ın Ermənistandakı səfirinə cavab olaraq bildirib.
XİN rəsmisi qeyd edib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür.