Türkiyədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcək birinci turu nəticəsiz qalarsa, ikinci tur mayın 28-də baş tutacaq.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçirilməsinə dair qərar imzalayıb.