Modern.az

Qəzada yaralanan Mehriban Zəki evə buraxıldı 

Qəzada yaralanan Mehriban Zəki evə buraxıldı 

1 Aprel 2023, 21:35

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə aktrisanın sənət dostu Turan Uğur məlumat verib.

 

Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur: "Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir".

 

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı