Modern.az

İran və Səudiyyə XİN başçıları görüşdü

İran və Səudiyyə XİN başçıları görüşdü

Aktual

2 İyun 2023, 18:58

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş Cənubi Afrika Respublikasının Keyptaun şəhərində baş tutub.

 

BRİCS Xarici İşlər Nazirləri toplantısı çərçivəsində aparılan danışıqlar iki ölkənin XİN başçıları arasında son üç ayda keçirilən ikinci rəsmi görüşdür.

 

Görüşün detalları hələlik açıqlanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi