Modern.az

Qarabağdan şikayətlər gəldi, Messi qayıtmadı... – Modern.az-ın icmalı 

Qarabağdan şikayətlər gəldi, Messi qayıtmadı... – Modern.az-ın icmalı 

Aktual

8 İyun 2023, 09:46

İyunun 7-da Ermənistan ordusunun növbəti təxribatı, Türkiyənin yeni spikerinin seçilməsi, Messinin ABŞ klubuna keçməsi və digər mövzular gündəmdə olub.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda deputatlarla yanaşı, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli iştirak edib. Toplantı zamanı büdcəyə dəyişikliklər daxil olmaqla 5 məsələ müzakirə edilib.

 

Komitə sədri Tahir Mirkişili deyib ki, bu il Azərbaycanda ÜDM-in artım tempinin azaldılması gözlənilir: “ÜDM-in artım tempinin Azərbaycanda aşağı olması məntiqə uyğundur və bu, dünyada gedən prosesdir. Amma bu, büdcə daxilolmalarına təsir edən amillərdən biridir. Dünyada baş verən proseslər fonunda Azərbaycanda büdcə gəlirləri 3 milyard manatdan çox artırılır. Ölkəmizin qarşısında çox ciddi çağırışlar var".

 

Əli Məsimli isə çıxışı zamanı bəzi şikayət və təkliflərini dilə gətirib: “2023-ci ildə əməkhaqları sadəcə 10% həcmində artırılacaq. Bu, o deməkdir ki, əhalinin real əməkhaqlarının artırılması istiqamətində heç bir addım atılmayacaq. Eyni zamanda əməkhaqlarının artırılması inflyasiyanın kompensasiya olunması demək deyil. Mərkəzi Bank tərəfindən qeyd edilən illik inflyasiya 8,3 % olaraq qeyd olunur. Ötən dəfə də qeyd etdiyim kimi bu, özünü doğrultmayacaq".

 

Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib ki, Qarabağda fəaliyyət göstərən şirkətlərə vəsaitlərin ödənilməsində problemlər var. O, şirkətlərin hansı problemlərlə üzləşdiklərini açıqlayıb. “Qarabağda fəaliyyət göstərən şirkətlərdən artıq şikayətlər gəlməyə başlayır. Şikayətlər əsasən büdcə ilə bağlıdır. İş adamlarına ödənişlərdə gecikmələr yaranıb". Maliyyə nazirinin müavini Azər Bayramov buna cavab olaraq bildirib ki, dövlət büdcəsi çərçivəsində təqdim olunmuş sifarişlər 1-2 gün ərzində icra olunur və bu günə bizdə icra olunmamış sifariş yoxdur.

 

Ötən gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni spiker seçilib. Bu vəzifəyə AKP və MHP-nin namizədi Numan Kurtulmuş layiq görülüb. O, səsvermənin ilk turunda deputatların 317-sinin səsini qazanıb. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb. Bu turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələdə 321 səs ala bilib. Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.

 

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib ki, Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır.

 

Macarıstan müdafiə naziri Kristof Szalay-Bobrovnicski Bakıya səfər edib. O, Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşüb

 

“SOCAR Energy Ukraine” Kaxovka su elektrik stansiyasının bəndinin partladılmasından sonra xilasetmə işləri ilə məşğul olan könüllülərə yardım edib. Şirkət faciə ilə üzləşə biləcək ailələri Odessaya təxliyə edən könüllülərə bir ton yanacaq verib.

 

İyunun 7-si saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.

 

Türkiyədə müxalif Gələcək Partiyasının sədri, sabiq AKP sədri, baş nazir və XİN başçısı Ahmet Davutoğlu bir neçə partiyanın birləşməsinin anonsunu verib. Burada Davutoğlunun sədri olduğu Gələcək, habelə "Millət İttifaqı"na daxil olan digər siyasi qüvvələr - Demokrat, Səadət və DEVA Partiyalarından söhbət gedir.

 

Azərbaycanın Baş naziri Əli Əsədov və Ermənistan Baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə səfər ediblər.

 

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan Ermənistanın XİN başçısı Ararat Mirzoyanla telefon danışığı aparıb. Mirzoyan Hakan Fidanı nazir təyin edilməsi münasibəti ilə təbrik edib. Telefon danışığı zamanı tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.


Argentinalı məşhur futbolçu Lionel Messi hansı kluba keçəcəyini açıqlayıb.Bu barədə o, "Mundo Deportivo" nəşrinə müsahibəsində danışıb. 36 yaşlı futbol ulduzu ABŞ-ın "İnter Mayami" komandasına keçəcəyini bildirib. Messi yenidən "Barselona"ya qayıtmayaq niyyətində olmadığını deyib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz: 

 

Müəllimlərin maaşları artırıla bilər - Təkliflər paketi hazırlanır

Habil Əliyevlə bağlı maraqlı xatirələr - VİDEO

Özdağ dedi ki, nazir postu versələr, Ərdoğanı dəstəkləyərəm - Oğan

Ermənistan azərbaycanlı əsirlərlə görüşə İCAZƏ VERMİR

İrandan Naxçıvana narkotik keçirmək istədilər - 30 kiloqram

Azərbaycan İsraildən daha hansı silahları ALACAQ...

TBMM spikerliyinə 7 namizəd: Onlar kimlərdir? - SİYAHI

“Kaxovka” niyə partladıldı: Su həmişə aydınlıq deyil... - TƏHLİL

Ərdoğan Milli Təhlükəsizlik Şurasını toplayır - Seçkidən sonra ilk dəfə

Sülhə maneə olan 3 MƏSƏLƏ - Ermənistan razılaşacaqmı...

70 min şagird oxuduğunu dərk edə bilmirsə... - Nazirliyə tənqid və təkliflər

Qarabağda tikinti ödənişləri “bir pəncərə” sistemi ilə həyata keçirilsin - Deputat 

1975-ci ilin xəritəsi Rusiyanın təklifidir, ABŞ da dəstəkləyir - Erməni deputat

Qərbin sülh formulunu dəstəkləmirik - Zaxarovadan Bakı və İrəvana mesaj

Doktorantura imtahanında kimlərə güzəşt ediləcək? – AÇIQLAMA

Hansı ali məktəblərə "tədqiqat universiteti" statusu veriləcək?

Hələ əks-hücuma başlamamışıq - Ukraynadan açıqlama

Türkiyənin yeni spikeri KİMDİR? - DOSYE

Bir az səbr və zamana ehtiyacımız var - Mehmet Şimşek

İmamoğlu CHP-də dəyişiklik tələb edir: İnsanlar bunu istəyir

Kommunikasiyaların açılması üzrə irəliləyiş əldə olunub - Paşinyan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et