Modern.az

Türkiyənin yeni spikeri KİMDİR? - DOSYE

Türkiyənin yeni spikeri KİMDİR? - DOSYE

Aktual

7 İyun 2023, 22:09

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə parlamentinə yeni spiker seçilib. Bu vəzifəyə AKP və MHP-nin namizədi Numan Kurtulmuş layiq görülüb.

 

O, səsvermənin ilk turunda deputatların 317-nin səsini qazanıb. Yetərsay təmin edilmədiyi üçün sədr seçimi 2-ci tura qalıb. Bu turda da lazım olan səs çoxluğu təmin edilməyib. Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.

 

Modern.az yeni spikerin tərcümeyi-halını təqdim edir.

 

 

64 yaşlı Kurtulmuş Ordu vilayətində anadan olub. İstanbul İmam Hatip Liseyinin məzunudur. Ali təhsilini İstanbul Universitetində menecment ixtisası üzrə alıb.

 

Bir müddət ABŞ-da və Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Bir neçə kitab və elmi məqalənin müəllifidir. 

 

Siyasətə Fəzilət Partiyasında başlayıb, İstanbul təşkilatının sədri, Mərkəzi İdarə Heyətinin üzvü olub. Partiya qapadıldıqdan sonra Səadət Partiyasına üzv olub və 2008-ci ildə partiyanın sədri seçilib. 2010-cu ildə Səadət Partiyasından istefa verərək Xalqın Səsi Partiyasını (HAS) qurub. Partiya 2011-ci ildə keçirilən parlament seçkilərində 0.77 faiz səs toplayıb.

 

 

2012-ci ildə Rəcəb Tayyib Ərdoğanın təklifi ilə onun partiyası AKP-yə birləşib. Bundan sonra Kurtulmuş AKP sədrinin müavini, daha sonra Ahmet Davutoğlu və Binali Yıldırımın baş nazir olduğu dövrdə hökumət başçısının müavini və sözçüsü postunu tutub. Həmçinin Kurtulmuş 2017-2018-ci illərdə Türkiyənin mədəniyyət və turizm naziri kimi də fəaliyyət göstərib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü