Müəllimlərin maaşları artırıla bilər - Təkliflər paketi hazırlanır

Müəllimlərin maaşları artırıla bilər - Təkliflər paketi hazırlanır

7 İyun 2023, 13:26

Peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində təkliflər paketi hazırlanır.

 

Modern.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov məlumat verib.

 

Onun sözlərinə görə, təkliflər sənədi yekunlaşdıqdan sonra aidiyyəti üzrə göndəriləcək.

 

Ceyhun Kərəmov qeyd edib ki, hazırda təxminən 20-yə yaxın peşə təhsili müəssisəsində direktor, 30-a yaxın müəssisədə isə direktor müavini vəzifəsi boşdur. Həmin yerlərin yaxın vaxtlarda vakansiyaya çıxarılması nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ruben Vardanyan qadın paltarında Qarabağdan çıxmağa çalışıb