Modern.az

İrandan Naxçıvana narkotik keçirmək istədilər - 30 kiloqram

İrandan Naxçıvana narkotik keçirmək istədilər - 30 kiloqram

Aktual

7 İyun 2023, 11:06

İyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilir ki, ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür