Modern.az

Ölkəmizin qarşısında çox ciddi çağırışlar var - Tahir Mirkişili

Ölkəmizin qarşısında çox ciddi çağırışlar var - Tahir Mirkişili

7 İyun 2023, 11:14

Bu il Azərbaycanda ÜDM-in artım tempinin azaldılması gözlənilir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

 

“ÜDM-in artım tempinin Azərbaycanda aşağı olması məntiqə uyğundur və bu, dünyada gedən prosesdir. Amma bu, büdcə daxilolmalarına təsir edən amillərdən biridir. Dünyada baş verən proseslər fonunda Azərbaycanda büdcə gəlirləri 3 milyard manatdan çox artırılır. Ölkəmizin qarşısında çox ciddi çağırışlar var. Digər tərəfdən bütün dünyada uçot dərəcələri artırılıb, eyni zamanda Mərkəzi Bank da bu addımı ataraq, uçot dərəcəsini artırıb", - deyə T.Mirkişili əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?