Modern.az

Özdağ dedi ki, nazir postu versələr, Ərdoğanı dəstəkləyərəm - Oğan

Özdağ dedi ki, nazir postu versələr, Ərdoğanı dəstəkləyərəm - Oğan

7 İyun 2023, 10:12

Türkiyədə sonuncu prezident seçkilərinin ilk turunda namizəd olmuş Sinan Oğan ittifaq ortağı olan Zəfər Partiyasının sədri Ümit Özdağ barədə diqqətçəkən fikirlər səsləndirib.

 

Modern.az xatırladır ki, ilk turda "ATA İttifaqı" çərçivəsində birləşən siyasi qüvvələr Oğanın namizədliyini irəli sürmüş, ikinci turda ittifaq dağılmış və Oğan Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləmiş, ittifaqın əsas qüvvələri olan Zəfər Partiyası və Ədalət Partiyası isə Kemal Kılıçdaroğlunun namizədliyini müdafiə etmişdi.

 

Seçkilərdən sonra həmin dövrdəki sövdələşmələrə toxunan Oğan Özdağın Ərdoğanı dəstəkləməsi üçün nazirlik istəməsini açıqlayıb.

 

"Ümit Özdağ sonuncu görüşümzdə dedi ki, "Cümhur İttifaqı" nazir postu verərsə, Ərdoğanı dəstəkləyəcək, bu olmasa, tərəfsiz qalacaq", - o qeyd edib.

 

Oğan özünün niyə Özdağ kimi Kılıçdaroğlunu dəstəkləməməsinə də aydınlıq gətirib: "İnsanlar niyə bizə əsəbiləşir? Mən CHP ilə yol getməyə məcburam? Sahədə işləyəydiniz, heç olmasa, parlamentdə çoxluq qazanaydınız. Sonra da deyirsiniz ki, Oğan, bizə dəstək ver. Bu iş alınmaz".

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir