Modern.az

Hakan Fidan gürcü həmkarı ilə danışıqlar apardı 

Hakan Fidan gürcü həmkarı ilə danışıqlar apardı 

Aktual

17 İyun 2023, 17:23

Türkiyə xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan XİN yayıb.

 

Darçiaşvili Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib və ona uğurlar arzu edib.

 

Nazirlər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər və iki ölkə arasında yüksək səviyyəli səfərlərin vacibliyi vurğulanıb.

 

XİN başçıları Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatının işini müsbət qiymətləndiriblər. Nazirlər üçtərəfli görüşün keçirilməsinə hazır olduqlarını ifadə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et