Modern.az

Şəkidə güclü partlayış - Ana və 2 uşağı yaralandı

Şəkidə güclü partlayış - Ana və 2 uşağı yaralandı

Aktual

17 İyun 2023, 17:44

Şəkidə evdə partlayış olub, ikisi azyaşlı olmaqla 3 nəfər ağır xəsarət alıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı yanıq xəsarətləri alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et