Modern.az

Əfv edilən siyasətçi partiyasız QALDI

Əfv edilən siyasətçi partiyasız QALDI

25 İyun 2023, 16:30

Azərbaycanda daha bir partiya özünü buraxıb.

 

Modern.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.

 

Partiyanın sədri Əli Əliyev qeyd edib ki, VİP 7 il ərzində 3 dəfə parlament (2010, 2015, 2020), 2 dəfə isə prezident (2013, 2018) seçkilərində öz namizədi ilə iştirak edib.

 

"VİP "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dəyandırmaq haqqında qərar qəbul etmişdir", - açıqlamada deyilir.

 

Xatırladaq ki, Əli Əliyev may ayında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib. O, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub.

 

Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib. VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib. O, Cinayət Məcəlləsinin 148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə  3 il 6 ay müddətinə azadlıqdan edilib.

 

Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 28-ə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır:

 

1. Qorqud Partiyası

2. Azərbaycan Kommunist Partiyası

3. Azərbaycan Tərəqqi Partiyası

4. Vahid Azərbaycan Milli Birlik Partiyası

5. Aydınlar Partiyası

6. Müstəqil Xalq Partiyası (MXP)

7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)

8. Yeni Yol Partiyası

9. Azərbaycan Respublikaçılar Partiyası

10. Müstəqil Azərbaycan Partiyası

11. Azərbaycan Vahid Kommunist Partiyası

12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)

13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)

14. Milli Vəhdət Partiyası (MVP)

15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP)

16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

17. Azərbaycan Təkamül Partiyası

18. Birlik Partiyası

19. Azərbaycan Azad Respublikaçılar Partiyası

20. Milli Konqres Partiyası

21. Vətənpərvərlər Partiyası

22. Vətəndaş Birliyi Partiyası

23. Milli Demokrat-İdrak Partiyası

24. Milli Həmrəylik Partiyası 

25. Cümhuriyyət Xalq Partiyası (CXP)

26. Sosial Ədalət Partiyası (SƏP)

27. Azərbaycan Liberal Partiyası (ALP)

28. Vətəndaş və İnkişaf Partiyası (VİP)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti