Modern.az

Qurban Yetirmişli zəlzələni hiss etməyib

Qurban Yetirmişli zəlzələni hiss etməyib

Aktual

7 Dekabr 2023, 12:40

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dekabrın 7-də baş verən zəlzələni heç özünün də hiss etmədiyini bildirib.

 

Modern.az-ın məlumatına görə, o, bu gün keçirdiyi brifinqdə deyib, afterşoklar içərisində hiss olunanı ola bilər, amma qorxulu nəsə yoxdur:

 

"Bu gün heç özüm zəlzələni hiss etməmişəm. Regionda olan əməkdaş zəlzələnin olduğunu zəng edib dedi. Dərhal çilçırağa baxdım, amma heç nə hiss etmədim".

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır