Modern.az

Prezidentliyə namizədliyini irəli sürənlərin sayı 5-ə ÇATDI

Prezidentliyə namizədliyini irəli sürənlərin sayı 5-ə ÇATDI

Aktual

18 Dekabr 2023, 10:28

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev prezident seçkilərində namizədliyini irəli sürəcək.

 

Modern.az xəbər verir ki, deputatın rəhbərlik etdiyi partiyanın İdarə Heyətinin onun namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

 

Deputatın müvafiq sənədlərinin tezliklə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyi bildirilir.

 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin namizədliyi irəli sürülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir