Modern.az

Razi Nurullayev də namizəd olmaq istəyir

Razi Nurullayev də namizəd olmaq istəyir

Aktual

18 Dekabr 2023, 11:04

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev prezident seçkilərində namizədliyini irəli sürəcək.

 

Modern.az xəbər verir ki, deputatın rəhbərlik etdiyi partiyanın bu gün keçirilən iclasında onun namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

 

Deputatın müvafiq sənədlərinin tezliklə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyi bildirilir.

 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin və BAXCP sədri Qüdrət Həsənquliyevin namizədliyi irəli sürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək