Modern.az

Keçmiş nazir prezidentliyə namizədliyini İRƏLİ SÜRDÜ

Keçmiş nazir prezidentliyə namizədliyini İRƏLİ SÜRDÜ

Aktual

22 Dekabr 2023, 13:30

“2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində iştirak etmək qərarına gəldim”.
 

Modern.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.

“Bu məqsədlə öz təşəbbüsümlə Prezidentliyə namizədliyimi irəli sürürəm. Qoy bu seçkini boykot edənlər, onda iştirakdan imtina edənlər bilsinlər ki, biz bu cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq. Seçkini boykot etməyə cəhd göstərənlər və onda iştirakdan imtina edənlər unutmasınlar ki, onlar bu addımları ilə Qarabağ zəfəri əldə etmiş bir xalqın sevgisini deyil, nifrətini qazana bilər”, - F.Yusifov deyib.

Fikrət Yusifov 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində işləyib. O, 2019-2020-ci illərdə Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasında sədrin müavini olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək