Modern.az

QHT sədri prezidentliyə namizədliyini irəli sürdü

QHT sədri prezidentliyə namizədliyini irəli sürdü

Aktual

22 Dekabr 2023, 17:14

Daha bir QHT rəhbəri 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyini irəli sürüb.

Modern.az xəbər verir ki, “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri Arzuman Abdulkərimov bununla bağlı açıqlama yayıb.

“Yeni dönəmə uyğun çağırışlar ortaya çıxıb. Bu çağırışlar da özü ilə yeni siyasi-ictimai konfiqurasiyalara, çalışmalara ehtiyac yaratmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2024-cü il tarixə elan edilmiş növbədənkənar seçkilər ölkəmizin qarşısında yaranmış yeni çağırışlara cavab idi.

Azərbaycan Respublikasında aparılan islahatlar, ictimai-siyasi proseslərin gedişatı, demokratik ab-havanın mövcudluğu, seçkiöncəsi əlverişli mühitin olmasını nəzərə alıb, öz təşəbbüsümlə prezidentliyə namizədliyimi irəli sürməyə, bu seçkilərdə iştiraka qərar verdim. Artıq sənədlərimi MSK-ya təqdim etdim. MSK-da səlahiyyətli nümayəndəm kimi İlqar İlkini (Bayraməliyev), maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəm kimi isə Elnur Məmmədlini təyin etdim.

Seçkilərin xalqımızın həyatında, ölkəmizin gələcək inkişafında mühüm rol oynayacağına inanıram və bu ümumxalq tədbirinin ölkəmiz üçün xeyirli olmasını arzulayıram”, - deyə Arzuman Abdulkərimov bəyan edib.

Qeyd edək ki, Arzuman Abdulkərimov daha əvvəl Müsavat başqanı İsa Qəmbərin mühafizəçisi olub, sonra Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasında sədr müavini olub.
Hazırda QHT sədri kimi fəaliyyət göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək