Modern.az

Vahid Əhmədovun səhhətində problem yaranıb? - Özü danışdı

Vahid Əhmədovun səhhətində problem yaranıb? - Özü danışdı

Aktual

29 Dekabr 2023, 15:34

Xəbər saytlarında Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində problem yarandığı və müalicə üçün Türkiyəyə aparıldığı barədə xəbərlər yayılıb. Hətta sosial şəbəkələrdə deputatın infarkt keçirdiyi barədə iddialar paylaşılıb.

 

Modern.az məsələni aydınlaşdırmağa çalışıb. Vahid Əhmədovun özü ilə əlaqə saxlamaq cəhdimiz alınıb.

 

Deputat saytımıza açıqlamasında vəziyyətinin ağırlaşması və infarkt keçirməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

"Mən hər il Türkiyəyə müayinəyə gəlirəm.  Elə bir ciddi problem yoxdur.  Ümumi "check up" etdirmək üçün buradayam", - o, deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır