Modern.az

Nəşriyyatçılar İlham Əliyevi dəstəkləyir - BƏYANAT

Nəşriyyatçılar İlham Əliyevi dəstəkləyir - BƏYANAT

12 Yanvar 2024, 15:26

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. 

 

Modern.az-ın məlumatına görə, Azərbaycanda kitab sektoruna, nəşriyyatların fəaliyyətinə dövlət dəstəyini diqqətə çatdıran sədr vurğulayıb ki, sözügedən dəstəyin ən bariz nümunəsi 2022-ci ilin 13 mayında Azərbaycan Respublikası Baş naziri Əli Əsədovun müvafiq sərəncamı ilə ölkədə kütləvi informasiya məhsullarının, kitabların, dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı, eləcə də nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən azad edilib. 

 

Şəmil Sadiq rəhbəri olduğu Assosiasiyanın Ümummilli lider Heydər Əliyevin siyasi irsini ləyaqətlə davam etdirən Prezident İlham Əliyevə sonsuz dəstəyini ifadə edən Şəmil Sadiq onu da nəzərə çatdırıb ki, bu bəyanat təkcə qeyri-hökumət təşkilatı olmaq yolunda uğurla addımlayan qurumun yox, ölkənin kitabçılıq sektorunda ən fəallardan olan 32 nəşriyyatın vahid mövqeyidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək