Modern.az

Zahid Oruc seçkiqabağı təşviqata start verdi

Zahid Oruc seçkiqabağı təşviqata start verdi

Aktual

15 Yanvar 2024, 12:16

Xəbər verdiyimiz kimi, bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb.

 

Modern.az-ın məlumatına görə, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc seçkiqabağı təşviqata start verib.

 

O, "Qalib gələcəyə HƏ" devizi altında seçki kampaniyası aparacaq.

 

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək