Modern.az

Rusiyadakı azərbaycanlıların səs verəcəkləri məntəqələrin SİYAHISI

Rusiyadakı azərbaycanlıların səs verəcəkləri məntəqələrin SİYAHISI

Aktual

31 Yanvar 2024, 09:54

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Rusiya Federasiyasındakı Səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş Konsulluqlarda seçki məntəqələri açılacaq.

 

Modern.az Secki-2024.az-a istinadən xəbərinə görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.

 

Seçki məntəqələrinin ünvanları:

 

Moskva şəhəri, Voznesenski prospekti, 15;

Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, 27;

Yekaterinburq şəhəri, Karl Liebknecht küçəsi, 5;

 

Məlumat üçün bildirək ki, səsvermədə Azərbaycanın 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkiləri dövründə Rusiya Federasiyasına səfər etməyi planlaşdıran və səsvermədə iştirak etmək istəyən vətəndaşlardan da kənarda qalma bülletenləri gətirmələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək