Modern.az

Naxçıvanda səs verəcək vətəndaşların sayı açıqlandı 

Naxçıvanda səs verəcək vətəndaşların sayı açıqlandı 

Aktual

5 Fevral 2024, 21:31

Fevralın 7-də növbədənkənar prezident seçkilərində səsvermə üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 seçki dairəsi üzrə ümumilikdə 278 mindən çox seçici qeydə alınıb.

 

Modern.az xəbər verir ki, muxtar respublikada seçki dairələri üzrə ən çox seçici sayı 2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə (47 min 224 nəfər) qeydə alınıb.

 

2020-ci il 10 fevral tarixindən 2024-cü il 7 fevral tarixinə qədər ilk dəfə səs verəcək şəxslərin sayı 17 min 514 nəfər təşkil edir. Həmçinin səsvermə günü daxil olmaqla bu il yanvarın 1-dən fevralın 7-dək yaşı 18-i tamamlamış şəxslərin sayı 525 nəfərdir.

 

Yaşı 100-dən artıq olan seçicilərin sayı 5 nəfərdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək