Modern.az

Ayaz Mütəllibovun köməkçisi İlham Əliyevi təbrik etdi

Ayaz Mütəllibovun köməkçisi İlham Əliyevi təbrik etdi

Aktual

8 Fevral 2024, 15:20

Cənab Ali Baş Komandan İlham Əliyevi xalqın böyük əksəriyyətinin etimadı ilə yenidən Prezident seçilməyi münasibətilə təbrik edirəm.

Bunu Modern.az-a açıqlmasında eks-prezident Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənli bildirib.


"Xalqımız yenidən öz gələcəyini, dövlətimizin müstəqilliyinin taleyini Azərbaycanı qələbədən qələbəyə aparan oğluna etibar etdi. Bu seçki böyük ruh yüksəkliyi, əsl bayram əhval-ruhiyyəsində keçdi. Şəxsən iştirak edib gözlərimlə şahid oldum", - o deyib.


Qulu Həsənoğlunun sözlərinə görə, növbəti xalq-dövlət birliyi nümayiş olunub:
 

"İllərdən bəri qələbə həsrəti ilə yaşayan xalqımız ona zəfər sevinci yaşadan İlham Əliyevə səs vermək üçün öz ailələri - övladlari ilə gedirdi. 44 günlük Zəfər savaşından sonra sevinclə küçələrə çıxan insanlar bu seçkidə də həmin təntənənin davamı kimi ümumxalq tədbirinə heç bir əlavə həvəsləndirmə olmadan, tam səmimi şəkildə öz Ali Baş Komandanına etimad göstərməyə axışdılar. Yenidən möhtəşəm xalq-dövlət birliyini müşahidə etdik".


O, mərhum eks-prezident Ayaz Mütəllibovun hər qələbədən sonra cənab İlham Əliyevi şəxsən təbrik etdiyini xatırladıb:

"Bu gün də həmin ənənəni davam etdirərək öz adımdan və Ayaz müəllimin ailəsinin adından bu möhtəşəm qələbə münasibəti ilə Prezidentimizi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, çətin işlərində uğurlar diləyirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək