Modern.az

100 min manata Quran kitabı satılır - FOTO

100 min manata Quran kitabı satılır - FOTO

3 Mart 2024, 00:12

Azərbaycanda Qurani-Kərimin əlyazma nüsxələri satışa çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə elan saytlarında məlumat verilib.

 

Müqəddəs kitabın üzü 1293-cü ildə Təbriz şəhərində dövrün məşhur xəttatı tərəfindən köçürülüb. Bir neçə cildə bölünən kitab Azərbaycan İncəsənət Muzeyinin ekspert rəyini alıb.

 

Əlyazmaların cildləri ceyran dərisindəndir. Kitabda qədimi möhür və tarixlər sürmə ilə əks olunub.

 

Kitabın qiyməti isə 100 000 manatdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri