Modern.az

Livanda israilli mayor öldü

Livanda israilli mayor öldü

Dünya

20 May 2026, 03:14

İsrail ordusu Livanın cənubundakı döyüş zonasında daha bir itki verib.

Modern.az xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, 551-ci xüsusi təyinatlılar briqadasının batalyonlarından birində rota komandirinin müavini vəzifəsində çalışmış 27 yaşlı ehtiyatda olan mayor İtamar Sapir ölüb.

Onun ölümünün səbəbi açıqlanmır.

“The Times of Israel” qəzetinin məlumatına görə, İsrail və şiə təşkilatı Hizbullah arasında atəşkəs rejiminin qüvvəyə minməsindən bəri Livanın cənubunda İsrailin 8 hərbçisi ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!