Bakı-Tbilisi-Bakı reysləri İsveçrənin "Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan sərnişin qatarı ilə həyata keçiriləcək.
Modern.az-ın əldə etdiyi məlumat görə, qatarda yataq tipli vaqonlar və restoran var.
Ümumilikdə qatarla bir istiqamətə 200-dən çox sərnişinin daşınması nəzərdə tutulub.
Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev bu qatarla tanış olub.
Xatırladaq ki, Bakı-Tbilisi-Bakı qatar reysləri ilə sərnişindaşıma mayın 26-dan həyata keçiriləcək.