Modern.az

Qara dənizdə "müharibə oyunları" keçirilir

Qara dənizdə "müharibə oyunları" keçirilir

Dünya

20 May 2026, 01:02

Qara dənizdə NATO-nun altı üzv-dövlətinin hərbi dənizçilərinin iştirakı ilə "Opex-26" (Operational Experimentation - operativ sınaq) adlı beynəlxalq hərbi təlimlər keçirilir. Təlimlərdə avtonom pilotsuz dəniz aparatlarından istifadə olunur.

Modern.az xəbər verir ki, bu barədə Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargahı məlumat yayıb.

Bildirilir ki, məqsədi dəniz pilotsuz aparatlarının sınaqdan keçirilməsi olan beynəlxalq manevrlər mayın 18-dən 29-dək Manqaliya hərbi limanında və Qara dənizin bir sıra bölgələrində keçirilir.

Təlimlərdə Bolqarıstan, Kanada, Portuqaliya, Rumıniya, ABŞ və Türkiyə, həmçinin dəniz pilotsuz aparatları istehsal edən mülki şirkətlərin nümayəndələri iştirak edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!