Modern.az

Virusa görə əl sıxmaq qadağan olundu

Virusa görə əl sıxmaq qadağan olundu

Dünya

20 May 2026, 04:58

Uqanda Səhiyyə Nazirliyi Ebola epidemiyası səbəbindən əl sıxma və digər təhlükəli salamlaşmaları müvəqqəti olaraq qadağan edib.

Modern.az xəbər verir ki, bu barədə “Nile Post” məlumat yayıb.

“Səhiyyə Nazirliyi Uqanda sərhədini keçən Konqo Demokratik Respublikası (KDR) vətəndaşlarında iki Ebola virusuna yoluxma faktı təsdiqləndikdən sonra əl sıxma və digər fiziki salamlaşmalara müvəqqəti qadağa qoyulduğunu elan edib”, - nəşr qeyd edib.

Tədbir fiziki təması azaltmaq və virusun daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır