Modern.az

Ayın görünməyən tərəfindən Yerə ilk dəfə torpaq gətirildi

Ayın görünməyən tərəfindən Yerə ilk dəfə torpaq gətirildi

25 İyun 2024, 12:24

İyunun 25-də səhər saatlarında Çinin “Change-6” Ay zondu planetimizin təbii peykinin görünməyən tərəfindən toplanan torpaq nümunələrini Yerə çatdırıb.

 

Modern.az xəbər verir ki, zonddan paraşütlə atılan kapsul ÇXR-in Daxili Monqolustan əyalətində yerə enib. Ayın görünməyən tərəfindən toplanan torpaq nümunələrinin Yerə çatdırılması tarixdə ilk dəfədir baş tutur.

 

Xatırladaq ki, orbital, eniş, uçuş və qayıdış modullarından ibarət olan “Change-6” missiyası 53 gün davam edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər