Modern.az

Zelenski ən böyük əsir mübadiləsinin olacağını açıqladı

Zelenski ən böyük əsir mübadiləsinin olacağını açıqladı

Aktual

Bu gün, 10:22

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə danışıqlardan sonra müharibə dövrünün ən böyük əsir mübadiləsinə ümid etdiklərini bildirib.

Modern.az xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında yazıb.

Ukrayna lideri İrlandiyada Stiv Uitkoff və Cared Kuşnerlə görüşərək həftə ərzində aparılan danışıqların nəticələrini müzakirə etdiklərini qeyd edib.

“Birinci nəticə humanitar xarakter daşıyır – əsirlər azad olunacaq və biz bu müharibə ərzində ən genişmiqyaslı mübadilənin baş tutacağını gözləyirik”, – deyə Zelenski bildirib.

O, ikinci nəticənin Avropa nümayəndələrinin diplomatik prosesə daha fəal cəlb edilməsi olduğunu vurğulayıb. Zelenskinin sözlərinə görə, məqsəd avropalıların danışıqlar masasında bərabər şərtlərlə təmsil olunmasıdır.

Ukrayna Prezidenti növbəti çoxtərəfli görüşlərin də hazırlandığını və diplomatik təmasların davam edəcəyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz