Jurnalist Elnarə Baxış İnci Clinic və İnci Laboratoriyalarında PR və marketinq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Bu başlanğıcı mənim üçün xüsusi edən başqa bir məqam da var. Təxminən 6 ildən sonra yolum yenidən Ramin Bayramlı ilə kəsişir. Ötən illərdə birlikdə çalışarkən onun liderlik keyfiyyətlərinin, peşəkarlığının və insanlara dəyər verən yanaşmasının hər zaman şahidi olmuşam. Məhz buna görə də yenidən onun rəhbərliyi altında çalışmaq mənim üçün böyük qürurdur”, - o əlavə edib.
Qeyd edək ki, R.Bayramlı 2009-2021-ci illərdə TƏBİB sədri vəzifəsini icra edib. Həmin dövrlərdə Elnarə Baxış TƏBİB-in İctimaiyyətlə Əlaqələr şöbəsində çalışıb.
Xatırladaq ki, E.Baxış bu təyinatadək Milli Kibertəhlükəsizlik Agentliyinin Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, ötən ay sözügedən vəzifəsindən ayrıldığınbı elan etmişdi.
