Modern.az

Ceyhun Məmmədov vətəndaşlarla görüşdü - FOTOLAR

Ceyhun Məmmədov vətəndaşlarla görüşdü - FOTOLAR

Aktual

10 Avqust 2024, 20:44

Abşeron rayonu stansiya Sumqayıt məcburi köçkün şəhərciyində Ceyhun Məmmədovun vətəndaşlarla növbəti görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, Cəbrayıl rayon ziyalılarının iştirakı ilə keçirilən görüşdə çıxışçılar namizəd Ceyhun Məmmədova seçkilərdə uğurlar arzuladıqlarını, ötən dövr ərzində görülən işləri yüksək qiymətləndirdiklərini qeyd ediblər.

 

YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev qarşıdan gələn parlament seçkiləri ilə bağlı məlumat verib. YAP rayon təşkilatının sədri bildirib ki, seçicilər 1 sentyabrda seçki məntəqələrinə gedib “Yeni Dövrə Yeni Azərbaycanla” şüarı ilə ölkəmizin gələcək inkişafını hədəfləyən YAP-ın namizədlərinə səs verməlidir: “Bu gün ölkəmizdə abadlıq-quruculuq işləri davam etdirilir. YAP hər zaman dövlətçilik maraqlarının müdafiəsində ön sıralarda yer alıb. Mən əminəm ki, hər zaman Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqlik nümayiş etdirən Cəbrayıl seçiciləri bu seçkilərdə də YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək”.

 

Seçicilər qarşısında çıxış edən YAP-ın 120 saylı Seçki Dairəsindən namizədi Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı ölkəmizin yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəyini deməyə əsas verir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcək: “Bu gün Azərbaycanda mühüm islahatlar aparılır. Bu islahatlar bütün vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət göstərir. Bu işdə Prezidentimizin ən yaxın dəstəkçisi məhz Yeni Azərbaycan Partiyasıdır. Mən əminəm ki, seçicilərimiz seçki qutusunun başında düzgün seçim edəcək və YAP-ın namizədlərinə səs verəcəklər”.

 

Sonda seçicilərin təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə müvafiq fikir mübadiləsi aparılıb

Whatsapp
Bizə yazın!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi