İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə olunan razılaşmanı ölkəsi üçün mühüm nailiyyət kimi qiymətləndirib.
Modern.az xəbər verir ki, İran lideri razılaşmanın İran xalqı üçün "mühüm nailiyyət və böyük qələbə" olduğunu bildirib.
Pezeşkian qeyd edib ki, İranın ali rəhbəri Əli Xamenei daha əvvəl də ölkənin nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan etmişdi.
"İran bu mövqeyini bir daha təsdiqləyir. Biz nüvə silahı əldə etməyə çalışmırıq", - deyə prezident vurğulayıb