Milli Qəhrəman vəfat etdi

Milli Qəhrəman vəfat etdi

Allah rəhmət eləsi̇n

26 Oktyabr 2022, 09:52

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev 72 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı mərhumun qohumları sosial şəbəkədə ictimailəşdiriblər.

Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.


O, hələ icra başçısı işləməzdən öncə - Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak edib. Ağcakənd də daxil olmaqla bir sıra kəndlərin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olub.

M.Abdullayev Milli Azadlıq Hərəkatının fəallarlndan biri, İstiqlalçı millət vəkili” olmuşdu.

O,
1992-ci ildə Goranboy batalyonun komandiri kimi Ağdərənin erməni işğalından azad edilməsində şücaət göstərmişdi,

AXC üzvü olmuş M.Abdulalyev mərhum eks-prezident Əbülfəz Elçibəyin dərin hörmət bəslədiyi insan idi.


M.Abdullayev Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarxili fərmanı ilə "Milli Qəhrəman" adına layiq görülmüşdü.

Birinci Qarabağ Müharibəsindən sonra M.Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədri olub. "General Məhəmməd Əsədov adına" mükafata və  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalına layiq görülüb.
 

Mərhum uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.


Allah rəhmət eləsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı