Modern.az

Deputat yüksək bal toplayan sabirabadlı tələbələrlə görüşdü - GÖRÜNTÜ

Deputat yüksək bal toplayan sabirabadlı tələbələrlə görüşdü - GÖRÜNTÜ

Aktual

Bu gün, 14:34

Sabirabad rayonunda 2025-2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

Modern.az xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, 67 saylı Sabirabad seçki dairəsinin deputatı, akademik Əhliman Əmiraslanov, rayonun idarə və təşkilatlarının rəhbərləri, yüksək bal toplayaraq tələbə adını qazanan gənclər və onların valideynləri iştirak ediblər.

Tədbirdə çıxış edən Siraqəddin Cabbarov yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib. O, gənclərə təhsillərində uğurlar arzulayıb.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Akademik qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf mərhələsinin formalaşmasına və yüksək nəticələrin əldə olunmasına imkan yaradıb.

Ə.Əmiraslanov Sabirabad rayonunda hər il 600-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artmasını da müsbət hal kimi qiymətləndirib.

Görüşdə çıxış edən məzunlar, valideynlər və təhsil işçiləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda 2025-2026-cı tədris ilində qəbul imtahanlarında 500 və 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb və Fəxri Fərmanlarla təltif olunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...