Modern.az

Siyavuş Aslanın oğlu bu gün dəfn ediləcək

Siyavuş Aslanın oğlu bu gün dəfn ediləcək

Allah rəhmət eləsi̇n

6 May 2023, 12:34

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün saat 14:00-da Təzə Pir Məscidindən Yasamal qəbiristanlığına son mənzilə yola salınacaq. Əlavə edilib ki, dəfnlə bağlı bütün məsələlər üzrə köməklik göstərilib.

 

Çingiz Aslanov aprelin 29-da vəfat etsə də, ailəsi təhvil almadığından meyiti 7 gündən artıq morqda qalıb. 

 

Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!