Modern.az

Bakıda jurnalist vəfat etdi - TƏBİB səbəbi AÇIQLADI

Bakıda jurnalist vəfat etdi - TƏBİB səbəbi AÇIQLADI

Allah rəhmət eləsi̇n

17 İyun 2024, 09:39

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) jurnalistin ölümü ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.

***

Jurnalist Sərxan Kamallı vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə jurnalistin iş yoldaşları sosial şəbəkədə məlumat yayıblar.

Bildirilib ki, ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirilən jurnalist daha sonra vəfat edib.

Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl isə ANS TV-də və bir sıra media qurumlarında çalışıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı