Arxiv
6 Sentyabr 2013, 12:43 | ÖLKƏ
Dünyanın ən çoxuşaqlı BİRİNCİ LEDİSİ - prezidentin xanımı 30 uşağın anasıdır

Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Monqolustanın birinci ledisi Hacidsurenqiyn Bolormaanın həyatından bəhs olunacaq.

Hacidsurenqiyn Bolormaa 1965-ci il yanvarın 18-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərində anadan olub. Orta məktəbi doğma şəhərində bitirən xanım Bolormaa ali təhsilini SSRİ-dəki institutların birində davam etmək qərarı verir. 1983-cü ildən 1988-ci ildə qədər Ukraynada Lvov Dövlət Universitetinin Geologiya fakultəsində təhsil alır. Məhz Ukraynada tələbə olarkən o, Monqolustandan olan gənc Saxiaqiyn Elbeqdorjla tanış olur. Monqolustanın gələcək prezidenti Elbeqdorj o zaman müddətli hərbi xidmət keçərkən fərqləndiyinə görə onu Lvov Ali Hərbi-Siyasi Məktəbinə göndərmişdilər. “Hərbi Jurnalistika” ixtisası üzrə təhsil alan Elbeqdorj qərib ölkədə rastlaşdığı həmvətəni Hacidsurenqiyn Bolormaa ilə tanış olduqdan sonra onların arasında isti münasibət yaranır. Və bir müddət sonra onlar evlənmək qərarına gəlirlər. Cütlüyün hazırda 25 yaşı olan ilk övladı da Lvov şəhərində doğulub.

1988-ci ildə təhsillərini başa vurduqdan sonra onlar Monqolustana geri dönürlər. 2009-cu il mayın 24-də Saxiaqiyn Elbeqdorj Monqolustan Demokratik Partiyasının nümayəndəsi kimi Monqolustanın yeni prezidenti seçilir. O, seçicilərin 51,24%-nin səsini toplayaraq prezident səlahiyyətlərini icra edən Nambarın Enhyabaranı məğlub edir.

Buna qədər üç dəfə Monqolustanın baş naziri səlahiyyətlərini icra edən Elbeqdorjun prezidentliyi dövründə Monqolustan liberal və dinamik iqtisadiyyata malik ölkəyə çevirilir. Saxiaqiyn Elbeqdorjun islahatları sayəsində ölkədə müstəqil mətbuat formalaşıb.

2002-ci ildə Con Kennedi adına Harvard Dövlət İdarəetmə məktəbini bitirən prezident Elbeqdorj 2010-cu il iyulun 16-da “Mir-1” batiskafında monqollar üçün müqəddəs sayılan Baykal gölünün dibinə enir.

Ölkənin müsbətə doğru dəyişməsində birinci xanım Hacidsurenqiyn Bolormaanın da öz rolu var. Birinci ledi kimi Bolormaa ölkədə geniş yayılan xərçəng xəstəliyinə qarşı mübarizəyə başlayıb. “Ümid-Monqolustan Xərçəngdən Azad” milli fondunu təsis edən xanım Bolormaa onkoloji xəstələrə hərtərəfli yadım ayırır. Xüsusən Monqolustanda geniş yayılan ağciyər və mədə xərçəngi xəstəliklərinə yoluxanların sayı azalır. Qeyri-sağlam qidalanma, alkoqol və stressdən əziyyət çəkən monqol əhaliyə yardım məqsədilə profilaktik yardımlar edilir.

Hacidsurenqiyn Bolormaa xüsusən monqol uşaqlarının sosial müdafiəsinin gücləndirilməsi üçün addımlar atır. Şəxsən özü nümunə olaraq qayğısız böyüyən bir neçə uşağı övladlığa götürüb.

Qeyd etmək yerinə düşər ki, hazırda Monqolustan prezidentinin ailəsində 30 uşaq böyüyür. Onların 5-ni birinci xanım dünyaya gətirib, 25-ni isə prezident və həyat yoldaşı tərəfindən övladlığa götürülən monqol uşaqlardır.

Bolormaa rəhbəri olduğu fondların köməyi ilə daha 300 uşağın da ehtiyaclarını ödəyir. Bundan əlavə, 1999-cu ildən başalyaraq Amerikanın Monqolustandakı səfiri Con La Portanın təşəbbüsü ilə kimsəsiz monqol uşaqlarının amerikalı ailələrə övladlığa verilməsi proqramı başlayıb.

Prezident ailəsinin böyük övladı Eleqdorj elm sahəsini özünə prioritet seçib. O, Amerikanın Virciniya Universitetini bitirərək kimyəvi tibb üzrə elmlər doktoru adını qazanıb. Sonra isə Monqolustana geri dönüb. Hazırda o, ölkəsində fəaliyyət göstərən özəl Farmasevtik kompaniyasına rəhbərlik edir.

Ailənin ikinci oğlu Erden isə Monqolustan Silahlı Qüvvələrində hərbi xidmət keçir. 2013-cü ilin martından o, Birləşmiş Millətlər Təşkilatının Sudandakı sülhməramlı kontingentində xidmət aparır.

Tanış olub evləndikdən illər sonra - 2011-ci ilin iyununda Saxiaqiyn Elbeqdorj artıq Monqolustan prezidenti kimi həyat yoldaşı ilə birlikdə Ukraynaya rəsmi səfərə gəlir. Ukrayna prezidenti Viktor Yanukoviçlə və digər ukraynalı rəsmilərlə görüşlər keçirilsə də, monqol cütlüyün tələbəlik illərini keçirdikləri Lvov şəhərinə səfərləri daha davamlı olur.

Monqolustan prezidenti vaxtilə təhsil aldığı Lvov Quru Qoşunları Akademiyasında mətbuat konfransı keçirərək Ukraynadakı tələbəlik illəri, xüsusən xanımı Bolormaa ilə tanış olmaları barədə ətraflı danışıb.

“Mən gələcək həyat yoldaşımı ilk dəfə “Danko” klubunda gördüm. Cəmi üç il sonra bizim oğlumuz doğuldu. Mənim yadıma gəlir necə mən gecə vaxtı dostlarım yatarkən, 2 nömrəli tramvayla onun qaldığı yataqxanaya gedərdim. Səhər çağı isə ordan birbaşa dərslərə gedirdim”.

Lvov şəhərini həmişə sevgi ilə xatırladığını bildirən monqol prezident və xanımı illər əvvəl təhsil aldıqları ali məktəblərdə qrup yoldaşları ilə də görüşlər keçiriblər. Daim sadəliyi ilə monqol mətbuatının və cəmiyyətinin hörmətini qazanan birinci ledi Hacidsurenqiyn Bolormaa geoloq təhsili ilə kifayətlənməyərək 2005-ci ildə Virciniyadakı Milli Biznes və Texnologiya kollecində təhsil alıb.

Qeyd edək ki, 2013-cü ilin iyun ayında Saxiaqiyn Elbeqdorj ikinci dəfə Monqolustan prezidenti seçilib. Nəticədə Hacidsurenqiyn Bolormaa da ikinci dəfə - daha 4 il ölkənin birinci ledisi titulunu daşıyacaq.
 


Vüqar İsmayılov

   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə ana və qızı GÜLLƏLƏNDİ -FOTO 1 İyun 2020, 09:00 Milli Məclisin yeni deputatı: “Azərbaycanı bugünkü gənclər idarə edəcək” - MÜSAHİBƏ 1 İyun 2020, 08:47 Ali məktəblərə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə - sənəd qəbulu başladı 1 İyun 2020, 08:46 Milli Məclis növbədənkənar iclas ÇAĞIRDI 1 İyun 2020, 08:22 Güləş Federasiyasının prezidenti vəfat etdi 1 İyun 2020, 00:57 16 yaşlı velosipedçi yol qəzasının qurbanı oldu 1 İyun 2020, 00:49 Deputatdan hökumətə ünvanlı sosial yardım çağırışı - VİDEO 1 İyun 2020, 00:40 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu başlanılır 1 İyun 2020, 00:34 Mehriban Əliyeva uşaqları belə təbrik etdi - FOTO 1 İyun 2020, 00:23 Uşaqların Beynəlxalq Müdafiəsi günüdür 1 İyun 2020, 00:14 Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır 1 İyun 2020, 00:04 Bakıda naməlum şəxslər ər-arvadı döydülər 31 May 2020, 23:54 Rusiyadan ABŞ-a etiraz 31 May 2020, 23:46 Komendant saatının vaxtı uzadıldı 31 May 2020, 23:35 Tovuzda 25 yaşlı gənc intihar etdi 31 May 2020, 23:21 Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05