Modern.az

2030-da da prezident seçiləcək? - Putin açıqladı

2030-da da prezident seçiləcək? - Putin açıqladı

Dünya

5 İyun 2026, 01:01

Rusiya Konstitusiyası mənə 2030-cu ildə yenidən prezident seçilməyə imkan verir.

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya xəbər agentliklərinin nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, bu barədə danışmaq hələ tezdir:

“Sağlamlığımızın sabaha, o biri günə qədər, qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün yaşamağa imkan verib-verməyəcəyini yalnız Allah bilir”.

Rusiya prezidenti hələlik bu barədə düşünmədiyini vurğulayıb.

O əlavə edib ki, ölkə bir çox böyük və kəskin problemlərlə üzləşir və onlar yeni müddətə yenidən seçilməyi düşünmədən həll edilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər