“Qəbələ” klubu komadanın kapitanı Murad Musayevlə mövsümün sonunda başa çatan müqaviləni yeniləməyib.
Modern.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə komandanın heyətində Azərbaycan Premyer Liqasında debüt edib.
M.Musayev “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb və 4 qol vurub.
O, “Qəbələ”də 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub.
Murad Musayevə kluba xidmətlərinə görə təşəkkür ediilib, ona gələcək karyerasında uğurlar arzulanıb.