Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin qarşı tərəfdə buna hazırlıq müşahidə etmir.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Moskvanın danışıqlara açıq olduğunu bəyan edib.
“Putinin dəfələrlə dediyi kimi, biz həmişə danışıqlara hazırıq. Lakin digər tərəfdən belə bir hazırlıq görmürük. Ən əsası isə, danışıqlara hazır olan heç bir tərəfdaş görmürük”, - Lavrov bildirib.
Rusiya XİN rəhbəri Ukrayna böhranının həlli istiqamətində siyasi-diplomatik səylərin vacibliyini vurğulasa da, hazırkı mərhələdə qarşı tərəfin danışıqlara hazır olması ilə bağlı siqnalların Rusiya XİN: Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin qarşı tərəfdə belə istək görünmürmüşahidə edilmədiyini qeyd edib.