Modern.az

Azərbaycan millisi Avropa çempionu oldu

Azərbaycan millisi Avropa çempionu oldu

İdman

Bu gün, 00:00

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.

Modern.az "Report"a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib.

"Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib.

Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.

Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!