Bu gün günorta saatlarında Ermənistan-Azərbaycan sərhədində erməni hərbçisi, Yerevan sakini Tiqran Vaçaqanoviç Mkrtçyan ağır yaralanıb. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı Novosti Armeniya yayıb. Məlumata görə, yaralı Noyemberyan rayonundakı hərbi hospitala yerləşdirilib. Onun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir.
Modern.az